"Fənərbaxça"nın prezidenti növbədənkənar seçki qərarı aldıqlarını bəyan edib

18:00 31.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran son günlər gündəmi zəbt edən narkotik istintaqı və klubun gələcəyi ilə bağlı gözlənilən açıqlamasını verib.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində iki dəfə ifadə verən və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan klub rəhbəri növbədənkənar seçki qərarı aldıqlarını bəyan edib.

S.Saran FB TV-dəki çıxışında bunları deyib: "Vəzifə müddətim ərzində siz də gördünüz ki, danışmağı sevən prezident olmadım. Xüsusilə şəxsimlə bağlı məsələlərdə arxa planda qalmağa üstünlük verdim. Lakin gəlinən nöqtədə mövqeyimi sakitliklə izah etməyin vaxtı çatıb. Prezidentlik vəzifəmizi mövsümün sonuna qədər davam etdirəcək, daha sonra isə klubumuzu Növbədənkənar Ümumi Yığıncağa (Konqresə) aparacağıq".

Məlumata görə, "Fənərbaxça"da seçkili iclas may ayında baş tutacaq. S.Saranın yenidən namizəd olub-olmayacağı isə seçkiyə yaxın dəqiqləşəcək.